Rusiya SMS-dən imtina edir: təsdiqləmə messencerə köçürülür

Rusiya SMS əvəzinə MAX messenceri vasitəsilə giriş təsdiqini qanuniləşdirməyi təklif edib.

Referans Media xəbər verir ki, “Milli Maliyyə Bazarı Şurası” Assosiasiyası SMS-ə tam alternativ olaraq MAX messencerində push bildirişləri vasitəsilə əməliyyatların təsdiqlənməsi imkanını qanunvericiliklə təsbit etməyi təklif edir.

Müvafiq təklif kiberfırıldaqçılara qarşı tədbirlər haqqında qanun layihəsinin yekununda yer alıb.

“Milli Maliyyə Bazarı Şurası” Assosiasiyasının Rəqəmsal İnkişaf Naziri Maksut Şadayevə ünvanladığı məktubda bildirilir ki, qanun layihəsinin hazırkı versiyasında kodların eyni vaxtda iki kanal — SMS və e-poçt vasitəsilə messencer tətbiqində paylanılması təklif olunur.

Rusiya vətəndaşları 1avqust 2026-cı il tarixindən etibarən SMS mesajlaşmalarından imtina edə biləcəklər. 1 sentyabr 2026-cı il tarixindən etibarən isə onlar “Gosuslugi” veb saytı vasitəsilə spam zənglərindən imtina edə və SIM kart qeydiyyatını özləri qadağan edə biləcəklər.

Moskva Vikipediyanı da blok etmək istəyir. Rusiya Federasiyası Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Andrey Svintsov bildirib ki, yaxın bir-iki il ərzində Rusiyada bu onlayn ensiklopediya qismən bloklana bilər. TASS agentliyinin məlumatlna görə Svintsov səbəb kimi bəzi məqalələrdə tarixi faktların təhrif olunmasını göstərib. O hesab edir ki, Vikipediya ölkədə ikinci dərəcəli mənbə kimi qəbul edilməyə başlayıb.

Svintsov məsələnin Rusiya tarixi ilə bağlı müəyyən səhifələrin bloklanmasını əhatə edə biləcəyini aydınlaşdırdı.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki