Rusiya “Sülh Şurası” ilə bağlı qərar verdi

Kremlin nümayəndələri fevralın 19-da keçirilməsi planlaşdırılan “Sülh Şurası”nın ilk iclasında iştirak etməyəcək.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Kremldən heç kim sözügedən toplantıya qatılmağı planlaşdırmır:

“Şura ilə bağlı məsələ hələ də Xarici İşlər Nazirliyində işlənmə mərhələsindədir”, – Peskov bildirib.

Daha əvvəl “The New York Times” qəzeti dəvət məktubuna və rəsmi şəxslərin açıqlamalarına istinadən yazıb ki, “Sülh Şurası”nın ilk iclası fevralın 19-da Vaşinqtonda keçiriləcək.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki