Rusiya Türkiyə gəmisinə hücum etdi

Türkiyə şirkətinə məxsus yükdaşıma gəmisi Odessanın Çernomorsk limanında Rusiyanın raket hücumuna məruz qalıb.

Referans Media xəbər verir ki, bu barədə Report-a İvano-Frankovsk vilayətindəki Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov məlumat verib.

“CENK RORO” gəmisinin yük avtomobilləri daşıdığı bildirilib. Hücum zamanı Azərbaycan qeydiyyatı olan 10-dək avtomobildaşıyan texnikanın da hədəfə alındığı ehtimal olunur.

Ölən və yaralananlar barədə məlumat verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki