Rusiya müharibənin 1555-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Referans Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 152 965 PUA-sı, 661 zenit-raket kompleksi, 29 527 tank və digər zirehli texnikası, 1 727 reaktiv yaylım atəş sistemi, 35 115 artilleriya və minaatanı, 62 746 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.
