Rusiya və Estoniya arasında insident: NOTA verildi

  Estoniya Xarici İşlər Nazirliyi etiraz notası təqdim etmək üçün bu ölkənin müvəqqəti işlər vəkilini XİN-ə çağırıb.

Referans xəbər verir ki, buna səbəb Rusiyaya məxsus vertolyotun ölkənin hava məkanını pozmasıdır.

Nazirliyin açıqlamasında bildirilir ki, hadisə sentyabrın 7-də axşam saatlarında baş verib.

Helikopter Estoniyanın hava məkanına daxil olub və təxminən 4 dəqiqə orada qalıb.

“Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini Estoniyanın hava məkanının pozulması ilə bağlı çağırıb. Ona etiraz NOTA-sı verilib”, – məlumatda deyilir.//globalinfo.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki