Rusiya və Türkiyə müzakirələrə BAŞLADI

Rusiya və Türkiyə “Qazprom”un qaz müqavilələrinin uzadılmasını müzakirə edirlər. “Qazprom” və Türkiyənin “Botaş” şirkətləri arasında ildə 21,75 milyard kubmetrə qədər tədarük üçün müqavilələr 31 dekabrda bitir.

Referans.az  xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbələr bildirib ki, Rusiya və Türkiyə illik tədarük həcmini təxminən 22 milyard kubmetr səviyyəsində saxlamaq üçün danışıqlar aparırlar.

Qaz bazarı müşahidəçiləri Tramp administrasiyasının artan təzyiqi fonunda Rusiya qazının Türkiyəyə tədarükünün gələcəyini şübhə altına alırlar.

Türkiyə əvvəllər Qərbin Rusiya qazını almasına mane olmaq cəhdlərini rədd edib. Lakin sentyabr ayında Ankara ABŞ da daxil olmaqla bir neçə LNG alış müqaviləsinə razılıq vermişdi. Qara dənizdə öz qaz hasilatı da artır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki