Rusiya XİN-dən İrəvan açıq HƏDƏ

 “Ermənistan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü ilə bağlı bütün nəticələri anlayaraq şüurlu seçim etməlidir”.

Referans Media  xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

O, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun kənarında jurnalistlərə Ermənistan və AİB məsələsini şərh edərkən bildirib:

"Ermənistan seçdiyi yolun bütün faydalarını və bütün nəticələrini anlayaraq şüurlu seçim etməlidir".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki