Rusiyanın Müdafiə Nazirliyinə məxsus An-22 tipli hərbi yük təyyarəsinin qəzaya uğradığı bildirilib. Məlumata görə, təyyarədə 7 nəfərlik ekipaj olub.
Qəza paytaxt Moskvanın şimal-şərqində yerləşən İvanovo bölgəsində, hələlik müəyyən edilməmiş səbəbdən baş verib.
“Referans MEDİA”-nın REN TV-yə istinadən məlumatına əsasən, hadisədən dərhal sonra əraziyə təcili yardım və xilasedici qruplar göndərilib.
Rəsmilər indiyə qədər hər hansı yaralanma və ya ölüm faktının qeydə alınmadığını, qəzaya nəyin səbəb olduğunun araşdırıldığını bildirib.
