Rusiyada daha bir azərbaycanlı qətlə yetirildi

Rusiyaya işləmək üçün gedən Gəncə şəhər sakini Elyar Məmmədov Moskva şəhərində öldürülüb.

Referans xəbər verir ki, bu barədə Teleqraf-ın Qərb bürosuna mərhumun yaxınları məlumat veriblər.

E. Məmmədovun döyülərək öldürüldüyü ehtimal olunur.

Onun nəşi hələ də Moskva şəhərindədir.

Qeyd edək ki, mərhum dörd uşaq atası olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki