Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var

Rusiyanın İvanovo vilayətində An-22 təyyarəsi qəzaya uğrayıb.

Referans Media xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan An-22 təyyarəsi Müdafiə Nazirliyinə məxsus olub.

“Hərbi-nəqliyyat təyyarəsinin ekipajının öldüyü ehtimal edilir. Xilasedicilər artıq pilotları, onların cəsədlərini axtarırlar. Hələlik təyyarənin qəzaya uğradığı ərazidə – Uvodskoye su anbarında yalnız təyyarənin qalıqları tapılıb”, – deyə bildirilib.

Ehtimallara görə, An-22 təmirdən sonra planlı sınaq uçuşu həyata keçirirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki