image-partlayis45backend

Rusiyada kimya zavodu VURULDU

Ukrayna və Rusiya telegram kanallarının məlumatına görə, fevralın 25-i Ukrayna pilotsuz uçuş aparatları (PUA) Smolensk vilayətindəki Doroqobuj şəhərində yerləşən kimya zavoduna hücum edib.

Referans Media  xəbər verir ki, bəzi telegram kanalları bildirir ki, hücum nəticəsində 4 nəfər həlak olub, onlardan 3 Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır.

Daha 4 nəfərin yaralandığı iddia edilir.

Rusiya rəsmi orqanları hələ zavoda edilən hücum və mümkün itkilər barədə açıqlama verməyib. Rusiya Müdafiə Nazirliyi isə səhər açıqlamasında yalnız Smolensk vilayəti üzərində gecə saatlarında 14 PUA-nın vurulduğunu bildirib.

Ukrayna monitorinq kanalları Exilenova+ və Supernova+ isə foto və videolara istinadən hücumun PAO “Doroqobuj” kimya zavoduna edildiyini təsdiqləyir. Zavodda, o cümlədən, ammonyak istehsal olunur. Qeyd edək ki, 2025-ci ilin noyabr və dekabr aylarında bu müəssisə artıq PUA hücumlarına məruz qalmışdı. Rəsmi Kiyev hələ müəssisəyə edilən hücumu təsdiqləməyib.

Qeyd edək ki, “Doroqobuj” zavodu azot gübrələri və kimya məhsulları istehsal edən iri sənaye müəssisəsidir. Zavodun məhsullarına ammonium nitrat da daxildir ki, onun bəzi komponentləri hərbi sektorda istifadə olunur./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki