Rusiyada OMON məscidə hücum etdi – 37 nəfər SAXLANILDI – ANBAAN VİDEO

Moskva vilayətinin Elektrostal şəhərində yerləşən məsciddə OMON və Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları birgə reyd keçiriblər.

Referans Media  Rusiya KİV-ə istinadən xəbər verir ki, reyd zamanı ümumilikdə 575 nəfər yoxlanılıb, onların 209-u xarici vətəndaş olub.

Yoxlama nəticəsində 16 nəfərin miqrasiya qaydalarını pozduğu müəyyən edilib.

Bundan əlavə, hərbi qeydiyyata düşməyən 37 nəfər OMON tərəfindən hərbi komissarlığa aparılıb.

Sözügedən addımın Rusiya hüquq-mühafizə orqanlarının miqrasiya və hərbi qeydiyyatla bağlı nəzarət tədbirlərinin bir hissəsi olduğu bildirilib.Bizim.Media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki