Rusiyada yanacaq qıtlığı: Ölkənin 84 faizində benzin çatışmır

  Ukraynanın neft emalı zavodlarına zərbələri Rusiyanın yanacaq bazarını pozub, sürücülərin 70%-dən çoxu çatışmazlıqlar yaşayır.

Referans.az   xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

“Rusiya yanacaqdoldurma məntəqələri getdikcə aşağı keyfiyyətli yanacaq satır və bu da öz növbəsində mühərrikin sıradan çıxmasına səbəb olur”, – məlumatda qeyd olunub. 

Ukraynalı analitik Stanimir Dobrev bildirib ki, artıq Rusiya regionlarının 84 faizində yanacaq çatışmazlığı müşahidə olunur.(Axar.az)  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki