Rusiyada yaşayan əcnəbilərə PİS XƏBƏR! Müharibəyə onlar da aparılır

  Rusiya miqrantları orduya yığır.

Referans.az  xəbər verir  ki,Rusiya İstintaq Komitəsinin İnformasiya Mərkəzinin məlumatına görə, Moskva vilayətində Rusiya İstintaq Komitəsinin hərbi müstəntiqləri Rusiya vətəndaşlığını almış, lakin hərbi xidmət üçün qeydiyyatdan keçməmiş şəxslərin müəyyən edilməsi üçün genişmiqyaslı reydlər keçirib.

Reydlər Nara dəmir yolu vağzalında, tikinti bazarında və onun ətraf ərazilərində keçirilib.

 Ümumilikdə 120 nəfər yoxlanılıb, qanun pozucuları hərbi komissarlığa aparılıb.

 Avqust ayında Rusiya hökuməti vətəndaşın hərbi xidmətə göndərilməsi qərarının iki çağırış kampaniyası üçün qüvvədə qaldığını bildirən bir qayda qəbul edib.

   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki