Rusiyadan Azərbaycan ordusu ilə bağlı gözlənilməz açıqlama

  Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Azərbaycanın NATO standartlarını qəbul etməsi barədə qərarına münasibət bildirib.

Bu barədə “Lenta.ru”ya açıqlamasında danışıb. Deputat qeyd edib ki, bu addım tamamilə təəccüblü deyil.

Zatulinin sözlərinə görə, Azərbaycanla NATO arasında əlaqələr əsasən Türkiyə vasitəsilə qurulur:

“Azərbaycan və Türkiyə faktiki olaraq ortaq ordu və komandanlığa, hərbi-siyasi ittifaqa malikdirlər. Buna görə də Azərbaycanın NATO-nun komandanlıq və maddi-texniki təminat standartlarını qəbul etməsi təbii bir prosesdir”.

Deputat hesab edir ki, Bakının NATO standartlarının tətbiqi ilə bağlı qərarı gecikmiş olsa da, Azərbaycanın müdafiə və siyasi strategiyasını artıq uzun müddətdir Rusiyanın maraqlarından asılı olmayaraq formalaşdırdığı açıq şəkildə görünür.//Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki