Rusiyadan sərt xəbərdarlıq: Bunu qəbul etməyəcəyik

  Rusiya Ukraynada sülhməramlı kimi NATO qoşunlarını və ya belə bir təhlükəsizlik zəmanətini qəbul etməyəcək.

Referans  xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“X” platformasında məlumat paylaşan Medvedev Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərmək fikrindən əl çəkmədiyini bildirib. O bəyan edib ki, buna açıq şəkildə qarşıdırlar: “NATO əsgərlərinin sülhməramlı olması ilə razı deyilik. Rusiya belə bir təhlükəsizlik zəmanətini qəbul etməyəcək”.

Medvedev Makronu “Qalya xoruzu”na bənzədib: “Ancaq yazıq, alçaq səsli quş toyuq evinin kralı olduğunu sübut etmək üçün banlamağa davam edir”.

Qeyd edək ki, avqustun 18-də Ağ Evdə sammitlə bağlı vəziyyəti qiymətləndirmək üçün keçirilən görüşdən sonra Avropa İttifaqı liderləri təhlükəsizlik mexanizminin yaradılmasının vacibliyini vurğulayıblar./Publika.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki