Rusiyanın SİM-kart qərarı: internetə çıxışı bloklanacaq

Rusiyaya xaricdən gətirilən SİM-kartların internetə çıxışının 24 saat müddətinə bağlanacağı bildirilib.

Referans MEDİA xəbər verir ki, Rusiya Rəqəmsal İnkişaf Nazirliyi açıqlama yayıb və ölkədə SİM kartların istifadəsi ilə bağlı yeni tədbirlər görüldüyünü bildirib.

Açıqlamada qeyd olunur ki, Rusiya telekommunikasiya şirkətlərinin dronlarla mübarizə aparmaq üçün yeni siyasət tətbiq etdiyi və “SİM kart xaricdən Rusiyaya daxil olarsa, şəxs tərəfindən onun istifadəsinin təsdiqlənməsi tələb olunacaq. Bu təsdiqlənənə qədər SİM kartın internetə çıxışı bloklanacaq” deyə bildirilib.

Qərarın bu gündən etibarən qüvvəyə mindiyi açıqlanıb. SİM-kartlar 72 saat ərzində istifadə edilmədikdə, bloklanacaq.

Bəyanatda qeyd olunur ki, SİM kart məhdudiyyətlərini aradan qaldırmaq istəyən şəxslərin müəyyən addımlar atmalı olduğunu bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki