Rusiyanın Xəzərə doğru üzən gəmisi məhv edildi

  Ukraynanın Xüsusi Təyinatlı Qüvvələri Kareliyada Rusiyanın “Qrad” tipli kiçik raket gəmisinin məhv edilməsi əməliyyatının təfərrüatını açıqlayıb.

Referans.az  bakupost.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat oktyabrın 4-də yerli vaxtla saat 04:31-də Oneqa su hövzəsində baş verib.

Xüsusi təyinatlılar gəmini Baltikdən Xəzər dənizinə doğru hərəkətdə olarkən vurublar.

 Zərbə gəmiyə ciddi ziyan vurub.

“Qrad” Rusiyanın ən yeni gəmilərindən biridir. 2022-ci il dekabrın 29-da Baltik Donanmasına istismara verilib. Gəminin əsas silahı Kalibr-NK raket sistemidir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki