“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ardınca prezident Putinin köməkçisi və mətbuat katibi Dmitri Peskov da ABŞ prezidenti Donald Trampa müraciət edərək Ukraynadakı hərbi münaqişənin həlli ilə bağlı Kreml ilə təmasları bərpa etməsini xahiş edib. “Biz səmimi olaraq ümid edirik ki, Prezident Tramp hələ də Ukrayna probleminin siyasi və diplomatik yolla həllinə yardım etməyə hazırdır””.
Referans.az xəbər verir ki, bu barədə siyasi şərhçi Xəqani Cəfərli bildirib.
Onun sözlərinə görə, Peskov ABŞ və Rusiyanı nəzərdə tutaraq “tərəflər üçün çox parlaq üfüqlərin açıldığını”, mövcud vəziyyətin
“vaxt itirməyə, pul itirməyə, mənfəət itirməyə” gətirib çıxardığını bildirib:
“Rusiyanın xarici işlər naziri, “kədərli at” ayamalı Sergey Lavrov özü isə “Corriere della Sera” nəşrinə müsahibəsində Budapeştdə
planlaşdırılan sammitin Donald Tramp tərəfindən təxirə salınmasının səbəbini ABŞ prezidentinə verilən “məqsədyönlü hesabat”la
izah etməyə çalışıb. Lavrov bu hesabatın kimin tərəfindən hazırlandığını bilmədiklərini, lakin liderlərin sammitinin məhz bu
hesabata görə baş tutmadığını bəyan edib. Lavrov Rusiyanın “danışıqlara hazır olmadığı” və Alyaskada əldə edilmiş razılaşmaları
“pozduğu” iddialarını rədd edərək Moskvanın danışıqlara hazır, əldə olunan anlaşmalara da sadiq olduğunu vurğulayıb.
Lavrov və Peskovun simasında “timsahın göz yaşları” tökməsi səbəbsiz deyil. “Rosneft” və “Lukoyl” neft şirkətlərinə qarşı
sanksiyaların qüvvəyə minəcəyi 21 noyabra günlər qalıb. ABŞ prezidenti Donald Trampın Putinlə danışıqlardan imtina edərək
“Rosneft” və “Lukoyl” neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi Rusiyanın iqtisadi boğulmasını sürətləndirib. “Rosneft” və
“Lukoyl”a qarşı sanksiyalardan sonra Rusiyanın beş böyük neft şirkətinin 4-ünün dünya bazarlarına çıxışı çətinləşib ki, bu da
Rusiyanın əsas ticarət tərəfdaşlarını narahat edib. Rusiya neftinin əsas alıcıları Çin, Hindistan, Türkiyə, Braziliya və Macarıstan kimi
ölkələr də çətinliklərlə üzləşiblər.
Macarıstanın baş naziri Viktor Orban Vaşinqtona səfər edərək Rusiya neftindən imtina üçün qısa müddət güzəşt edilməsi üçün ABŞ-
dən 600 milyon dollarlıq sığılmış qaz almağa razı olub. Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda apardığı danışıqlarda
ölkəsinə müəyyən müddət güzəşt edilməsini xahiş edib. Çin və Hindistan sürətlə Rusiya neftin imtina edərək alternativ mənbələrə
üz tutmağa başlayıblar.
Rusiyanın enerji bazarlarından çıxarılıb atılmasından məharətlə istifadə edən Səudiyyə Ərəbistan taxt-tacının vəliəhdi, Məhəmməd
peyğəmbərdən sonra ən ağıllı ərəb adlandırılan Məhəmməd bin Salman yaranmış vəziyyətdən maksimum istifadə etməyə çalışır.
Buna görə Səudiyyə Ərəbistanın neft nəhəngi “Saudi Aramco” şirkəti Çin və Hindistana endirimli qiymətlərlə neft təklif etməyə
başlayıb.
İmperiya hərisliyinə yoluxmuş Rusiya elitasından fərqli olaraq Səudiyyə Ərəbistan taxt-tacının vəliəhdi Məhəmməd bin Salman
gözəl bilir ki, formalaşmaqda olan yeni dünya düzəni enerji bazarlarının dizayn edilməsindən başlayıb. Dizayn edilməkdə olan
enerji bazarlarından çıxarılan ölkə edama məhkim edilmiş məhkuma bənzəyir. “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalardan sonra
Moskvada bunu başa düşməyə başlayıblar. Ona görə də Rusiyanın yalvarışları başlayıb.
Kremlin təbliğat maşının narrativlərini Azərbaycan cəmiyyətinə sırımağa çalışan “politoloq” və “ekspert”lərdən fərqli olaraq
Rusiyada ağlı başında olan hər kəs Ukraynaya qarşı müharibənin Rusiya üçün fəlakətə çevrildiyini bilir. Azərbaycanda olduğu kimi
Türkiyədə də Kremlin təbliğat maşının narrativlərini yaymaqla məşğul olanlar Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal
Atütürkün müharibə ilə bağlı dahiyənə xəbərdarlığını “unudublar”. Böyük Atatürk deyirdi ki, “bir müharibə onu başlayan ölkənin
vəziyyətini hərbdən əvvəlki vəziyyəti ilə müqayisədə gücləndirmirsə, belə müharibəyə başlamaq fəlakətdir”. Ukraynaya qarşı
müharibəyə başlamaqla Rusiyanın üzləşdiyi fəlakətin miqyası ilə bağlı daha ətraflı yazmağa çalışacağam”.
