Ruslar bu ölkədən kütləvi şəkildə deportasiya edilir?

  Latviya hakimiyyəti rusların ölkədən kütləvi şəkildə deportasiyasını həyata keçirməyi planlaşdırmır.

Referans “LSM+” portalına istinadən xəbər verir ki, daxili işlər naziri Rihards Kozlovskis Rusiya vətəndaşlarının kütləvi şəkildə ölkədən çıxarılması ilə bağlı məlumatları təkzib edib.

“Biz heç bir kütləvi deportasiya yoxdur. Ayrı-ayrı hallar var və onlar çox güman ki, davam edəcək. Lakin hər bir belə qərar ayrı-ayrılıqda veriləcək”, – deyə nazir bildirib.

Nazir həmçinin 500-ə yaxın rusiyalının ölkədən deportasiya oluna biləcəyini də etiraf edib. O qeyd edib ki, bunlar Latviya dili imtahanından keçmək tələbinə məhəl qoymayan və müvəqqəti yaşamağa görə icazə almaq üçün rəsmi orqanlara müraciət etməyənlərdir.//Publika.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki