Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Referans Media  xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq “Səmədabad” hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Nərimankənd və Səmədabad qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki