Saat 11:00-da işıq kəsiləcək – Bu ərazilərdə

Biləsuvarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Referans Media  xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 7 saylı hava xəttində dekabrın 16-da təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırmandalı kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki