Saatlıda 3 otaqlı ev yandı

  Saatlı rayonunun Dəlilər kəndində yanğın olub.Referans xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 81 m² olan birmərtəbəli 3 otaqlı evin qamışdan ibarət arakəsmə divarı 3 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki