“Sabah bəlli olacaq” – NATO-dan Kiyevin sualına cavab

  “Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı vəziyyət sentyabrın 4-də və ya qısa müddətdən sonra bəlli olacaq”.

Referans.az  xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte “İnterfaks”a açıqlamasında deyib.

“Gözləntilərimiz bu istiqamətdədir. Yəqin ki, sabah və ya ondan sonra biz kollektiv şəkildə nə edə biləcəyimizə aydınlıq gətirəcəyik”, – o bildirib.

 Ruttenin sözlərinə görə, Rusiya və Ukrayna arasında yeni ikitərəfli görüşlərdən əvvəl zəmanətlərlə bağlı vəziyyəti müəyyənləşdirmək vacibdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki