Referans Media xəbər verir ki, informasiyanı “Sport-exspress” yayıb.
Bakı klubu 22 yaşlı özbək oyunçunu birdəfəlik heyətinə qatmaq üçün qarşı tərəflə danışıqlar aparır.
Rahmonaliyev 2025-ci ildə “Sabah”da 36 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Futbolçunun Kazan klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Transfermarkt oyunçunu 800 min avro dəyərində qiymətləndirir.























