image-67837a460498d67837a460498e173666976667837a460498b67837a460498cbackend

“Sabah” “Şamaxı”ya qarşı

Mövsümün ikinci hissəsinə hazırlıqlarını Azərbaycanda davam etdirən Premyer Liqa təmsilçiləri “Sabah” və “Şamaxı” bu gün yoxlama görüşündə üz-üzə gələcəklər.

Referans MEDİA xəbər verir ki, qış fasiləsinə lider yollanan “Sabah” bölgə təmsilçisini “Bank Resbublika Arena”da ağırlayacaq.

Görüş saat 16:00-da başlayacaq.

Bu, hər iki komandanın bu il keçirəcəyi ilk oyun olacaq.

Tərəflər bu mövsüm Premyer Liqada iki dəfə üz-üzə gəliblər ki, “Sabah” bir matçda 2:1 qalib gəlib, digəri 0:0 bitib./Fanat.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki