Sabahla bağlı xəbərdarlıq: Başınız ağrıya bilər

  Günəşin tac dəliyinin planetə təsiri nəticəsində çərşənbə günü Yer kürəsində geomaqnit pozğunluqları, o cümlədən zəif maqnit qasırğaları mümkündür.

Referans.az  xəbər verir ki, bu barədə Rusiyanın Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

“Günəş tac dəliyindən plazmanın Yerə təsiri nəticəsində geomaqnit şəraiti – pozulmalar və aşağı səviyyəli maqnit qasırğaları proqnozlaşdırılır. Məşəl aktivliyi sakitdir”, – deyə məlumatda qeyd olunub.

Bildirilir ki, son 24 saat ərzində geomaqnit mühiti bir qədər pozulub, məşəl aktivliyi sakit olub.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki