Sabirabadda gənc oğlan özünü körpüdən atdı

  Sabirabad rayonunun Türkədi kəndində intihar hadisəsi baş verib.

Referans.az xəbər verir ki, 33 yaşlı Layiq Telman oğlu Cavad körpüsündən özünü suya atıb.

Hadisə dünən qeydə alınıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

İlkin məlumata görə, gəncin bu addımı hansı səbəbdən atdığı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki