Sabunçuda süni göldə uşaq batdı

  Sabunçu rayonunda süni göldə uşaq batıb.Fövqəladə Hallar Nazirliyindən Referans-a verilən məlumata gorə, “112” qaynar telefon xəttinə rayonda süni sututarında 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində, batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki