Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb.
Referans xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, avqustun 5-dən start verilən 2025-2026-cı tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.
“Nəzərinizə çatdırırıq ki, şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti 30 avqust saat 18:00-dək uzadılıb.Valideynlər övladlarının məktəb yerdəyişməsini sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçirə bilərlər”, – deyə əlavə edilib.
