Sağlam qalmaq üçün hər gün bir qədəh için

Damar sağlamlığını dəstəkləmək üçün effektiv üsul təklif olunub.

Referans Media “Daily Mirror” qəzetinə istinadən xəbər verir ki, bu barədə kimyaçı alim İoannis Zabetakis danışıb.

Mütəxəssisin sözlərinə görə, az miqdarda qırmızı şərab xolesterinin səviyyəsinin tənzimlənməsinə kömək edə bilər.

Alim izah edib ki, qırmızı şərab, o cümlədən ağ alkoqolsuz variantı, orqanizmdən “pis” xolesterinin (LDL) xaric olunmasına dəstək verə bilən lipidlər və digər bioaktiv birləşmələr ehtiva edir.

Onun fikrincə, mümkün fayda üçün gündə bir və ya iki qədəh qırmızı şərab kifayət hesab oluna bilər. Lakin bu miqdardan artıq istehlakın əlavə fayda vermədiyi, əksinə sağlamlıq üçün risk yarada biləcəyi vurğulanıb.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki