Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) yeni baş memarı təyin olunub.
Referans Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Məmməd Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Əsgərov Sahib Cahangir oğlu təyin edilib. Baş memar bu postda həm Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, həm də Memarlıq-tikinti məsələləri sektorunun müdiri vəzifələrini icra edəcək.
Qeyd edək ki, S.Əsgərov bundan əvvəl ləğv edilmiş Memarlıq və tikinti şöbəsində aparıcı məsləhətçi (mühəndis) işləyib./Demokrat.az
