Sahibkarlara ŞAD XƏBƏR: Prezident həmin Qanunu İMZALADI

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması bir il müddətinə uzadılıb.

Referans Media  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununda dəyişiklik edilməsi barədə müvafiq Qanunu imzalayıb.

Qeyd olunub ki, bu Qanun 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Qanunda dəyişikliyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti 2027-ci il yanvarın 1-nə qədər uzadılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki