Salyanda avtomobil piyadanı vuraraq öldürüb.
Referans.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Kərimov Malik Şamil oğlu yolu keçən zaman avtomobil onu vurub. M.Kərimov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
