“Samsung” 2021-ci ildə satışa çıxardığı “Galaxy A52s”, “Galaxy A03s”, “Galaxy M32 5G” və “Galaxy F42 5G” modelləri üçün proqram təminatı dəstəyini dayandırıb.
Referans.az xarici mediaya istinadən xəbər verir ki, şirkət bu modelləri rəsmi dəstək siyahısından çıxarıb və cihazlar artıq “One UI” və təhlükəsizlik yeniləmələrini almayacaq. Qeyd olunur ki, bu cihazlar bir müddət idi yeni “Android” versiyalarından məhrum idilər. 2021-ci ilin ikinci yarısında təqdim olunan cihazlara dörd illik təhlükəsizlik yeniləməsi vəd edilmişdi.
Bu müddətin tamamlanması ilə modellər rəsmi olaraq “istifadə müddəti bitmiş” (EOL) siyahısına daxil edilib. İstifadəçilərə xəbərdarlıq edilir ki, bu modelləri işlətməyə davam etmək mümkündür, lakin təhlükəsizlik səbəbindən yeni cihaz almaq tövsiyə olunur.
