Samsunspor Rahim Sterlinq üçün hərəkətə keçdi! Rəsmi açıqlama gəldi

Samsunspor Prezidenti Yüksel Yıldırım, dünyaca məşhur İngilis futbolçu Rahim Sterlinq ilə danışıqlar apardıqlarını, lakin hələlik rəsmi təklifin təqdim olunmadığını bildirib.

Referans Media xəbər verir ki, qırmızı-ağlı klub son olaraq İngiltərə Premyer Liqasının keçmiş ulduzu Sterlinq ilə transfer görüşlərini davam etdirir. 31 yaşlı futbolçunun meneceri ilə əlaqə quran Samsunspor, transfer prosesini başladıb.

Yüksel Yıldırım qeyd edib ki, Sterlinq ilə kontakt qurulub, lakin hələ rəsmi təklif təqdim olunmayıb.

Karyerası boyunca Liverpul, Mançester Siti, Arsenal və Çelsi kimi Avropanın böyük klublarında çıxış edən Rahim Sterlinq hazırda sərbəst oyunçudur. İngiltərə Premyer Liqasında 396 oyunda 123 qol və 75 assistlə çıxış edən Sterlinq, UEFA Çempionlar Liqasında isə 88 oyunda 27 qol və 23 assist göstərib. İngiltərə milli komandasında 82 oyunda 20 qol vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki