Sarayda 4 maşın toqquşdu: ölən və xəsarət alanlar var

  Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans.az  “Report”a istinadən xəbər verir ki, hadisə zamanı “Mitsubishi”, “Ravon”, “Opel” və “Toyota” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan dörd nəfərdən biri – 1990-cı il təvəllüdlü İnqilabzadə Elxan İlham oğlu hadisə yerində ölüb.

 Xəsarət alan digər üç nəfər dərhal xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki