Səbail rayonunda yanğın başlayıb

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən qamışlıq sahədə yanğın hadisəsi qeydə alınıb.

Referans Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın Salyan şosesi istiqamətində baş verib.

Hazırda əraziyə FHN-in yanğınsöndürmə qüvvələri cəlb olunub və alovun söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki