Səfərbərlik idarəsinin rəisi məhkəmə qarşısında – Ramin Şükürov və zabitlərinə ağır ittiham backend

Səfərbərlik idarəsinin rəisi məhkəmə qarşısında – Ramin Şükürov və zabitlərinə ağır ittiham 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və zabitlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Referans  qafqazinfo.az-a istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqla eks-rəis R.Şükürov və həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.

Təqsirləri sübuta yetirilsə, zabitləri 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ramin Şükürov həbsdə, digərləri isə ev dustaqlığındadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki