Səhər erkən saatlarda hormonların təsiri ilə qan təzyiqi yüksəlir və qan laxtalanma meyli artır. Bu vəziyyət havanın soyuqluğu ilə birləşdikdə infarkt riski yüksəlir. Səhər sürətli yürüş, avtobus və ya servisə çatmağa çalışmaq kimi ani fiziki gərginlik tələb edən fəaliyyətlər xüsusilə risklidir.
Referans Media xəbər verir ki, havanın təsiri damarların daralmasına, qan təzyiqinin artmasına və ürəyin iş yükünün yüksəlməsinə səbəb olur. Eyni zamanda hormonlarda dəyişiklik qan laxtalanma meylini artırır ki, bu da həm infarkt, həm də insult riskini yüksəldir. İnsanların daha az hərəkət etməsi, çəki artımı və yoluxucu xəstəliklər də risk faktorlarıdır.
Risk qruplarına daxil olanlar – əvvəllər infarkt keçirmiş, stent və ya bypass əməliyyatı olunmuş, yüksək qan təzyiqi, diabet və yüksək xolesterin problemi olan şəxslər – səhər erkən saatlarda ani və sürətli fəaliyyətlərdən çəkinməlidir. Ani fəaliyyətlər ürəyin iş yükünü bir anda artırır və infarkt riskini yüksəldir.
Ürəyin qorunması üçün çox qatlı geyinmək, sinə, boyun, baş və əlləri örtmək tövsiyə olunur. Ani soyuqdan qorunmaq ürəyin üzərində stress yaratmamaq üçün sadə, amma effektiv tədbirdir. Risk faktorları olan şəxslərdə müayinələr və lazım gələrsə sanal anjiyografi ilə damar problemlərinin erkən aşkar edilməsi ciddi ürək hadisələrinin qarşısını almağa kömək edir.
