Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir – Foto

  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

AYNA-dan Referans.az-a bildirilib ki, hazırda xüsusi hərəkət zolağının təşkili Şəhər şosesində (Zabrat yolu) həyata keçirilir.

Sabunçu rayonunun bu ərazisində xüsusi hərəkət zolağının mövcudluğuna baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək zolaq mövcud deyildi. Bu da ictimai nəqliyyat vasitələrinin sıxlıq halları ilə üzləşməsinə səbəb olurdu.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki