Səhhəti pisləşən Əməkdar artist xəstəxanaya yerləşdirildi

  Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirilib.

Bu barədə  Referans.az -a teatrdan məlumat verilib.

Onun hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı və vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki