“Şəhidlərimizin nəşi Türkiyəyə gətiriləcək” – Bürhanəddin Duran

“Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan təyyarəmizlə əlaqədar axtarış-xilasetmə və qəza araşdırma qrupları işlərini davam etdirir”.Referans.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran bildirib.

“Əziz şəhidlərimizin cənazələri axtarış-xilasetmə və qəza araşdırma qrupumuzu Gürcüstana aparan A-400M təyyarəsində ölkəmizə gətiriləcək.

Dağıntıların axtarış-xilasetmə işlərinin əvvəlindən bütün resurslarını səfərbər edərək, sürətli reaksiya və dəstəyə görə Gürcüstan hakimiyyətinə təşəkkür edirik.

Məsələ ilə bağlı yenilikləri paylaşmağa davam edəcəyik”, – deyə Türkiyə rəsmisi qeyd edib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki