Şəmkirdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı şübhəli şəxs tutulub.
Referans.az APA-ya istinadla xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, yaşlı Əlövsət Həsənov saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, bıçaqlanan 56 yaşlı Əbülfəz Həsənov və onu yaralamaqda şübhəli bilinən Əlövsət Həsənov əmioğludurlar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Şəmkirdə bıçaqlanma hadisəsi olub.
Referans.az Teleqraf-a Istinadən xəbər verir ki, Şəmkir rayonunun Təzəkənd kənd sakinləri, 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəmnində 1969-cu il təvəllüdlü Əbülfəz Həsənovu bıçaqlayıb.
Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkən şəxsin vəziyyəti orta ağırdır və müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma başlanılıb.
