Şəmkirdə açıq ərazidə yanğın başladı – FOTO

  Şəmkirdə yanğın hadisəsi baş verib.

Referans APA-ya istinadən xəbər verir ki, Kür çayının sahilində, Bayramlı kəndi ərazisində açıq sahədə kol-kos yanır. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki