Şəmkirdə piyadanı naməlum avtomobil vuraraq öldürdü

  Şəmkirdə avtomobil piyadanı vurub hadisə yerindən qaçıb.

Referans.az bildirir ki,Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1990-cı il təvəllüdlü D. Hüseynovu vurub.  

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki