Sentyabrın 7-də saat 01:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Referans.az xəbər verir ki, bu haqda TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Xəsarət alanların hər birinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Şəmkir rayon ərazisində təcili tibbi yardım maşını qəzaya uğrayıb.
Referans.az report-a istinadən xəbər verir ki, Kür qəsəbəsinə çağırışa gedən ambulans idarəetmədən çıxaraq körpüdən aşıb.
Qəza nəticəsində sürücü, həkim və tibb bacısı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
