Şəmkirdə qəzada xəsarət alanların vəziyyəti açıqlandı – Yeniləndi

  Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospital olunub.Referans xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, 2007-ci il təvəllüdlü 2 nəfərə və 2010-cu il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin travmaları və açıq sınıqları diaqnozları təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.

2007-ci il təvəllüdlü şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.

Vəziyyəti stabil qiymətləndirilən 2010-cu il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.  

  Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var.Referans xəbər verir ki, rayon ərazisində avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (“Report”)  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki