SEPAH kürdlərə göndərilən silah-sursatı ƏLƏ KEÇİRDİ

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqdan külli miqdarda silah və sursat qaçaqmalçılığı cəhdinin qarşısını alıb.

Referans Media  “Cebheinfo.az”-a istinadən xəbər verir ki , SEPAH-ın açıqlamasında deyilir: 

"Şimali İraqda yerləşən, ABŞ və İsrailiN maraqları naminə fəaliyyət göstərən müxalif terrorçu qruplar ölkəyə külli miqdarda yeni Amerika silah və sursatı qaçaqmalçılıq yolu ilə gətirmək niyyətində idilər".

Qruplar İranın şimal-qərbindəki Kürdüstan əyalətinin Baneh şəhəri yaxınlığında, İran-İraq sərhədi yaxınlığında zərərsizləşdirilib. İran təhlükəsizlik qüvvələri basqın zamanı külli miqdarda Amerika silah və sursatını ələ keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki