Sergen Yalçınla bağlı gözlənilən açıqlama gəldi: Qalır, yoxsa gedir?

"Beşiktaş"da baş məşqçi Sergen Yalçının gələcəyi ilə bağlı müzakirələr davam edərkən, klub rəhbərliyindən rəsmi açıqlama verilib.

Referans Media xəbər verir ki, "Beşiktaş"ın vitse-prezidenti Murat Kılıç “A Spor”a açıqlamasında Sergen Yalçınla bağlı yayılan ayrılıq iddialarına aydınlıq gətirib.

O bildirib ki, klubun baş məşqçi ilə hər hansı problemi yoxdur və əməkdaşlıq davam edəcək: “Sergen Yalçın ilə bir problemimiz yoxdur. Onunla yolumuza davam edəcəyik”.

Qeyd edək ki, Ziraat Türkiyə Kubokunun yarımfinalında “Konyaspor”a 1:0 məğlub olan "Beşiktaş"da oyun sonrası gərginlik yaşanıb. Azarkeşlərin bir qismi Sergen Yalçına etiraz edib və istefa tələbləri səsləndirilib.

Baş məşqçi isə matçdan sonra “Əgər azarkeşlər istəyirsə, gedərəm” deyə açıqlama vermişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki